Bir neçə gündür ki, Azad Vətən Partiyasının sədri Akif Nağı ilə teleaparıcı və bloger Səidə Bəkirqızı arasında qalmaqal səngimir.Jurnalistin məcburi köçkünlərlə bağlı fikirlərinə partiya sədri təhqirlə cavab verib. Tərəflər bir- birlərinin barəsində qeyri- etik ifadələr işlətməkdən çəkinməyiblər. Onlar bu qalmaqalı Media Türk- də canlı debatda da davam etdiriblər. Səidə Bəkirqızı Akif Nağının onun haqqında dedikləri təhqiramiz ifadələri, donuzla müqayisə etdiyini xatırladıb və partiya sədrinə sual ünvanlayıb:" Birinci Qarabağ Müharibəsində 4- 5 qardaşdan hansınız iştirak etmisiniz?". A. Nağı isə ona cavabında: "Bunun sizə dəxli yoxdur. Səsinizi qaldırmayın. Buraya mənimlə dalaşmağa gəlmusiniz?" cavabını verib.
Musavat.com bununla bağlı videonu təqdim edir: