Keçmiş icra başçısının oğlu 40 villa xəbərindən danışdı
Azərbaycanlı biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb. Bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb.“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az azərbaycanlı biznesmen Umid Abuzərli ilə əlaqə saxlayıb.
Biznesmen xəbərin əsassız olduğunu bildirib:
“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”.
