İLHAM ƏLİYEV AZƏRBAYCANDIR!
Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa anbaan yaxınlaşdıqca xarici kəşfiyyatın köləsi olan söyüş müxalifəti dövlətimizə və onun simvollarına qarşı təhqirləri daha da artırırlar.Bütün mənəvi dəyərlərdən məhrum olan bu üzdəniraq qrup Zəfərimizin Memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ problemini əbədi həll etməsini həzm edə bilmirlər.
Hələ Azərbaycanda yaşayanda üzdəniraq kimi tanınmış Hüseynova "qardaşları"nı da öz sıralarına qatmaqla "söyüş boxça" larını, bütün dinlərə girib-çıxmış İlqar Hacıyevin çirkli pulları ilə süni intellekt imkanlarını bir az da zənginləşdirən söyüş müxalifəti Azərbaycanda şəhid qanı tökülməsinin qarşısını almağı bağışlamır və buna görə Zəfərimizin Memarı İlham Əliyevə və onun ailəsinə hücum edir. Çünki bilirlər ki, İlham Əliyevin uzaqgörən siyasəti, hərbi strategiyası və mahir sərkərdəliyi nəticəsində bu qələbə təmin edilib, ona görə də hədəfdə Odur.
Söyüş müxalifətinə hər gün şəhid xəbərləri lazım idi ki, onun üzərindən manipulyasiya edib xalqa özlərini vətənpərvər kimi sırısınlar. İlham Əliyev+Xalq+Ordu üçlüyü birləşib bu imkanı onların əllərindən aldı. Qəhrəman Xalq və Ordu 91-92-ci illərdə də var idi, amma SƏRKƏRDƏ, həm cəbhəni, həm diplomatiyanı idarə edə bilən ALİ BAŞ KOMANDAN yox idi, ona görə torpaqlarımız işğal olundu. Ona görə İlham Əliyev və ailəsi bu gün hədəfdədir. Məhz buna görə xaos, işğal, yeni şəhidlər istəməyən hər bir azərbaycanlı siyasi mövqeyindən asılı olmayaraq Ali Baş Komandan İlham Əliyevi və onun ailəsini müdafiə etməlidir.
Azərbaycan bütöv bir bir Ailə, İlham Əliyev bu Ailənin başçısıdır. İlham Əliyevə ünvanlanan hər söz Azərbaycan ailəsinə dəyir. Ona deyilən hər kəlmə Azərbaycana, onun dəyərlərinə deyilir. Çünki İlham Əliyev Azərbaycandır!
Xanlar Xoca
