“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
İnnovasiya lideri “Bakcell” müştəri xidmətlərində proseslərin daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə “SİMA” texnologiyası əsasında biometrik verifikasiya həllini tətbiq edib.“SİMA” üzərindən tətbiq edilən biometrik verifikasiya təhlükəsizlik səviyyəsinin daha da gücləndirilməsinə xidmət edir və proseslərin icrasını sadələşdirir. Eyni zamanda, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddəti əhəmiyyətli dərəcədə qısalır və müştəri təcrübəsi optimallaşdırılır.
“Bakcell” müştəri xidmətlərində rəqəmsal həllərin tətbiqini mərhələli şəkildə genişləndirməyi planlaşdırır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
