Rəsmi Tehrandan dron hücumu ilə bağlı - Açıqlama
İran tərəfi Naxçıvana dron hücumu edilməsini təkzib edib. “Biz qonşu ölkələrimizə hücum etmirik. Bu insident barədə sizdən eşidirəm. Bu məlumatı, onun mənbəyini araşdırıb sonra sizə cavab verə bilərəm”, - o deyib.
Qaribabadi əlavə edib ki, İranın siyasəti yalnız regionda fəaliyyət göstərən və İran mülki vətəndaşlarına hücum etmək üçün istifadə olunan ABŞ və İsrail hərbi bazalarına hücum etməkdir: “Əvvəldən elan etmişik ki, əgər regionda hərbi baza varsa və onlardan İrana hücum etmək üçün istifadə olunursa, onları hədəfə alacağıq. Bizim yürütdüyümüz siyasət budur”.
Nazir müavininin açıqlamasının videosunu təqdim edirik:
