Kulinardan VACİB tövsiyyə: “Uşaqlarınıza “Nutella” verməyin” – Video
Kulinar texnoloq Mübariz Vəliyev xüsusilə uşaqların çox yediyi “Nutella” şokolad yağlarının tərkibində zərərli palma yağı və qida əlavəsinin olduğunu açıqlayıb.“Bu şokolad yağlarının tərkibində palma yağı var, quru süd və soya lesitini var. Bu da E322 maddəsi deməkdir. Halaldır, ancaq mən tövsiyyə edərdim ki, övladlarınızı daha sağlam qidalarla qaidalandırasınız”.
Qeyd edək ki, “Nutella”nın da tərkibində olan palma yağı yüksək doymuş yağ tərkibi (təxminən 50%) hesab edilir. Bu yağ ürək-damar xəstəlikləri, piylənmə və xərçəng riski yaradır. Yüksək temperaturda emal olunduqda zərərli maddələr (GE, 3-MCPD) əmələ gətirir. Damarları tutur, pis xolesterini (LDL) artırır və qida sənayesində ucuz olduğu üçün geniş istifadə edilsə də, orqanizmə ciddi fəsadlar verir.
Bu şokolad yağının tərkibində olan E322 qida əlavəsi də həddindən artıq istehlak edildikdə, həzm problemlərinə (qarın ağrısı, ishal), allergik reaksiyalara (xüsusilə soya allergiyası olanlarda) və GMO mənbəli soyadan hazırlandıqda potensial sağlamlıq risklərinə səbəb ola bilər.
Bu maddə ilə zəngin olan qidaların çox yüksək dozada qəbulu mədə-bağırsaq sistemində narahatlıq yarada bilər.
