Əsabil Qasımov Rusiyada milyonluq kompleks aldı
Sövdələşmə 2025-ci ildə baş tutub və Sankt-Peterburqda mehmanxana daşınmaz əmlakı seqmentində ən iri müqavilə olub. Qeyd olunan aktivlər üçün Qasımov 3–3,5 milyard rubl (təxminən 51–59,5 milyon manat) ödəyib. Daha əvvəl “Nikolskie Ryadı” Andrey Yakuninə məxsus “Venture Investment and Yield Management” fondunun aktivlərinə daxil idi.
Obyektlərin ümumi sahəsi 27,9 min kvadratmetr təşkil edir. 1789-cu ildə inşa edilmiş keçmiş Nikolsk bazarının binası keçmiş sahibi (bundan öncəki) tərəfindən 2010-cu ildə 420 milyon rubla (təxminən 7,1 milyon manat) alınmışdı.
Qeyd: Ə.Qasımov keçmiş deputatdır.
