“Araz” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı siyahıya görə, “Araz” supermarketlər şəbəkəsi 46,4 milyon manat vergi ödəyərək sektor üzrə 1-ci yerdə qərarlaşıb.
Eyni zamanda, “OBA” marketlər şəbəkəsi 25,9 milyon manat vergi ödənişi ilə sektorda 2-ci yeri tutub.
Bu göstərici Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti çərçivəsində dövlət qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirməsinə sadiqliyinin bariz nümunəsidir.
