“Baku Electronics”də bahalı telefonlar gizli şəkildə satışa çıxarılıb? - AÇIQLAMA
Həmin linklərə daxil olduqda isə istifadəçilər qarşısında şirkətin loqosuna bənzər görüntülər çıxır və bu da bir çox şəxsdə etibarlılıq təəssüratı yaradır. Şərh bölmələrində isə guya bu fürsətdən yararlanaraq ucuz qiymətə telefon əldə etdiyini bildirən istifadəçilərin rəyləri yer alır.
Məsələ ilə bağlı “Baku Electronics”dən Pravda.az-a bildirib ki, belə məlumatlar feyk profillər üzərindən paylaşılır və həqiqəti əks etdirmir: “Vətəndaşların diqqətli olması, yalnız rəsmi sayt və etibarlı satış kanalları üzərindən alış-veriş etməsi tövsiyə edilir. Müştərilərimiz bu kimi səhifələrə inanmasınlar və aldanmasınlar. Yalnız rəsmi səhifəyə etibar etsinlər, izləsinlər. Zaman-zaman o tipli səhifələrlə bağlı paylaşımlar edirik ki, onlara inanmayın. Ancaq rəsmi “İnstagram”, “Feysbuk”, “Tik Tok” səhifəmizə, saytımızda yer alan məlumatlara etibar etsinlər. Özünüzü belə fırıldaqçılardan qoruyun”.
