Korovin getdi, yoxlama aparılır, maaşlar isə verilmir

Korovin getdi, yoxlama aparılır, maaşlar isə verilmir Speys TV (Space TV) əməkdaşlarının maaşının ödənilməsində gecikmə yaranıb.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva məlumat yayıb.

“Hazırda telekanalda maaş böhranı yaşanır. Aprelin 5-də maaş almalı olan əməkdaşlar hələ də pulun yolunu gözləyir. Maaşların gecikməsinin səbəbi işçilərə məlum deyil”, - o bildirib.

Qeyd edək ki, Speys TV-də yoxlamalar aparılır və baş direktor Vado Korovin vəzifəsindən azad edilib.

Geri qayıt