Vado Korovin qızına toy edir - Video
“Space TV”nin keçmiş rəhbəri Vado Korovinin qızı Zarinanın toyudur.Məlumata görə, toy məclisi paytaxtın tanınmış restoranlarından birində keçirilir. Mərasimdə cütlüyün yaxınları, sənət dostları və ailə üzvləri iştirak edirlər.
Qeyd edək ki, V. Korovin cəmi bir neçə gün öncə “Space” televiziyasının direktoru vəzifəsindən uzaqlaşdırılmışdı. Hazırda onun vəzifəsini digər kürəkəni Nəriman Əbdüləliyev icra edir.
