“Sumqayıt Hospital”da nə baş verir? – Xəstələr kütləvi yönləndirilir
İddiaya əsasən, xəstələr sistemdə xüsusi qeydiyyata düşür və seçim hüquqları olmadan həmin xəstəxanaya yönləndirilir.
Bu, xəstələrin əməliyyat və tibbi xidmət seçimlərini məhdudlaşdıraraq, prosesin məqsədli şəkildə idarə olunduğu ehtimallarını gücləndirir.
Sxemdə adları hallanan şəxslər arasında icraçı direktor Rəşad Hüseynovun da adı var.
Mənbələr bildirir ki, bu şəxslərin təsiri altında xəstələrin yönləndirilməsi sistemli şəkildə həyata keçirilir.
Məsələ ilə bağlı sorğumuza hələ ki cavab verilməyib.
https://nocomment.az/sumqayit-hospitalda-ne-bas-verir-xesteler-kutlevi-yonlendirilir/
