Azərbaycanda qeyri-kommersiya təşkilatları və siyasi partiyaların qeydiyyatı xüsusi imtiyaza çevrilib

Azərbaycanda qeyri-kommersiya təşkilatları və siyasi partiyaların qeydiyyatı xüsusi imtiyaza çevrilib Uzun illərdir Azərbaycanda qeyri-kommersiya təşkilatları və siyasi partiyaların qeydiyyatı xüsusi imtiyaza çevrilib.

Ən yüksək səviyyədə qeyri-rəsmi icazə olmasa, bu 2 istiqamətdə heç bir qurum qeydiyyata alınmır.
21-ci əsrdə, dövlətlərin elm və texnologiya ilə dünayada gücə çevrildiyi bir vaxtda bizim belə xırda və ibtidai problemlərlə məşğul olmağımız həm faciədir, həm də ayıb.

Sözüm bunda deyil: istər QHT-lər, istərsə də partiyalar üçün qeydiyyat (rəsmi fəaliyyət) hüquqi baxımdan son dərəcə zəruridir. Amma dəyərlər və prinsiplər, peşəkarlıq öndə olmayandan sonra, qeydiyyata alınıb çanta-çanta sənədlər rəflərdə saxlamağın da topluma faydası yoxdur.

Bu təxminən nəyə bənzəyir? Vətəndaşlığı təsdiqləmək üçün şəxsiyyət vəsiqəsinə ehtiyac var, amma şəxsiyyət olmaq üçün o vəsiqənin heç bir əhəmiyyəti yoxdur - bayaq dediyim prinsiplər və dəyərlər olmayandan sonra.
Ümid edirəm, 2 partiyanın qeydiyyatının, yüksək mövqeli rəsmi şəxslərin QHT liderlərilə grüşlərinin ardınca bu 2 sahədə qeydiyyat xüsusi imtiyazdan hər kəs üçün çox ASAN və əlçatan imtiyaza çevriləcək.

Ondan sonra qeydiyyat üçün xüsusi təşəkkürə də ehtiyac qalmaz yəqin...

Rövşən Ağayev, iqtisadçı

Geri qayıt