Moldova səfirinin oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib – VİDEO
Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib.“Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mahnı ilə oğlum Azərbaycana olan hörmətini və sevgisini ifadə edir”, – paylaşımda qeyd olunub.
Esaulenko həmçinin paylaşıma oğlunun sözügedən mahnını ifa etməsini əks etdirən video da əlavə edib.
Həmin görüntüləri təqdim edirik:
