Seyfəddin Əsəd: “Havalar isinir, mütləq boynu-başı açıq gəzin...”
“Artıq havalar isinməyə başlayır. Vitamin “D” azlığından əziyyət çəkən insanlar hər gün mütləq qolu, imkan daxilində ayaqları, boynu-başı açıq günəş vannası qəbul etməli, günəşin altında gəzməlidirlər ki, günəş şüaları onlarda vitamin “D”nin miqdarını artırsın”.Pravda.az xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib.
Həkim bildirib ki, vitamin “D” bu gün insanların böyük hissəsinin problemidir: “Vitamin “D” çatmayanda güclü tərləyirlər və orqanizmin maddələr mübadiləsi pozulur. İnsan üçün vitamin “D” və “C” ən vacib vitaminlərdir. Vitamin “C”ni qəbul etmək üçün isə bol miqdarda göyərti, tərəvəz, meyvə istehlak etməliyik”.
