“İnşaat Konstruksiyaları” MMC vətəndaşı belə ALDATDI: “Bizə heç kim bata bilməz”
İllərlə mənzil almaq üçün yığdığı pulu tikinti şirkətinə ödəsə də, bu günə qədər nə ev sahibi ola bilib, nə də ödədiyi məbləğ geri qaytarılıb.Vətəndaş iddia edir ki, aldığı mənzil sonradan bir neçə nəfərə satılıb.
“55 kvadratmetrlik təmirsiz mənzili hər kvadratmetri 705 manatdan almışam. Müqavilədə isə ödəniş məbləğini 40 min manat göstəriblər. Bundan əlavə, 20 min manat Rəsul Əliyevin kartına köçürmüşəm. İndi onunla əlaqə saxlaya bilmirəm”, – deyə şikayətçi Günay Yunisova bildirib.
