İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar

İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar Bakının Yasamal rayonu, II Alatava yaşayış massivində Vətən müharibəsinin şəhidi Nurlan Mustafayevin doğulduğu məhəlləyə gedən yolun asfaltın yarımçıq vurulub.
Bu barədə Tribuna.az-a məhəllə sakinləri məlumat verib.
Bildirilib ki, bir müddət əvvəl onların xahişi ilə Yasamal İH rəhbəri Elşad Həsənovun göstərişi əsasında məhəlləyə asfalt vuranlar gəlib. Amma Yasamal bələdiyyəsi adından gələn şəxslər yolu yarımçıq asfaltlayıb gedib. Hətta şəhidin küçəsini belə normal asfaltlamaq istəməyiblər.

Sakinlər bildirib ki, onlar şikayət edəndə heç bir nəticəsi olmayıb. Belə görünür ki, ayrılan vəsaitdən mənimsəməyə yol verilib. Əks halda, dar bir küçənin 300 metrlik yolunu asfaltlamaq çətin olmamalı idi. Ən azından şəhidin adına hörmət qoyularaq bunu etmək olardı.
Sakinlər Yasamalın icra başçısından və AAYDA rəhbərliyindən küçənin qalan hissəsinin də qısa müddətdə əsaslı şəkildə təmir olunmasını xahiş edirlər.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul


Geri qayıt