“Kaş yaşayardı, o videoları çəkməyə davam edərdi” – Fərhad Mehdiyev qızından danışdı
Qızaya səbəb olan ağ Mersedesin sürücüsünün təqsiri barəsində bildirim ki, yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır, əgər sürücünün tədbir almağa vaxtı olmayıbsa, – o bagajını açmalı idi və avtomobilin arxasında xəbərdaredici işarə qoymalı idi. Onun avtomobilində olan nasazlıq təxmin oluna bilən nasazlıq olmayıbsa, o təqsirli sayılmayacaq.“Sürücü avtomobilində olan nasazlıq haqda məlumatlı olubsa – bunu da ekspertiza müəyyən edir, belə halda yolun sol tərəfi ilə sürə bilməzdi və sağ tərəfdən sürülməli idi, üstəlik avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metrə arxadan xəbər edici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır”.
Mehdiyev qızının model kimi çalışmasından da danışıb:
“Qızım aktrisa, model olmağa çalışırdı, mən o seçimini dəstəkləməsəm də. Bununla bağlı nə videolar çəkibsə, yaxşı eləyib. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi. Bəzi insanlar saxta əxlaq yanaşmaları qoyaraq onu qınamağa çalışsalar da, yazdıqları çox cılızdır və yazı sahibinin insanlıq, empatiya və vicdan hissindən mərhum olduqlarını göstərir”.
