“Allahdan istəyirəm, qan qussunlar” – Arzumun atası - VİDEO

“Allahdan istəyirəm, qan qussunlar” – Arzumun atası - VİDEO “Arzum 9999” ləqəbi ilə tanınan bloger İlduzə Hacıyevanın yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, o, 2 il 6 ay sürücülük hüququndan məhrum edilməklə, 5 il 2 ay azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, məhkəmə iclasından sonra blogerin atasının halı qəfil pisləşib və o, huşunu itirib.

Daha sonra sualları cavablandıran ata, qarşı tərəf haqda sərt çıxış edib:

“Qarşı tərəflə danışmaq istəmirəm. Nə danışım onlarla? Hamısı qan qusacaq. Allahdan istəyirəm ki, qan qussunlar”.

Geri qayıt