“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib

“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib Bölgələrə xüsusi diqqəti ilə seçilən sərfəli mobil operator “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr üçün marketinq və karyera mövzularında təlimlər təşkil edib.
“Nar” tərəfindən ilk dəfə həyata keçirilən marketinq təlimində müasir marketinq və kommunikasiya yanaşmaları, brend kimliyi, məzmun strategiyası, data əsaslı qərarvermə, fərdiləşdirilmiş kommunikasiya, influenser marketinqi kimi mövzular əhatə edilib. Karyera təlimi zamanı isə iştirakçılara uğurlu karyera başlanğıcı üçün tələb olunan bacarıqlar, işgüzar müsahibələrə hazırlıq, korporativ mühitdə iş və davamlı şəxsi inkişaf istiqamətində faydalı biliklər təqdim olunub.
“Nar”ın insan resursları və marketinq departamentləri tərəfindən hazırlanan və keçirilən bu təlimlər peşəkar təcrübədən irəli gələn təcrübəyə və real nümunələrə əsaslanır. Təlimlərin məqsədi praktiki bilikləri tələbələrlə paylaşmaqla yanaşı, yerli bizneslərin peşəkar tələbləri və iş mühiti barəsində məlumatlandırmaqdır. pizza mizza
Gənclərin bilik və bacarıqlarının artırılması və bölgələrdə kadr potensialının inkişafına töhfə vermək məqsədilə “Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığını davam etdirir. Peşəkar kadr hazırlığına dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilir. Mobil operatorun həyata keçirdiyi layihələr barəsində daha ətraflı nar.az saytından məlumat əldə edə bilərsiniz.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Geri qayıt