İlqar Altay “Arzum”un səs yazısını yaydı - AUDİO
Kriminalistika üzrə ekspert İlqar Altay “TikTok” fenomeni “Arzum9999”un avtomobil qəzasından sonrakı səs yazısını yayıb.İlqar Altay paylaşımında bildirib:
“İstəyirsən bu işin üstündən ötüb-keçib başqa işlər, hadisələrlə məşğul olasan, amma ki, hər saatdan da bir bu, "Avtoş Amal" və "Arzum999" məsələsi barədə yeni bir, xüsusat ortaya çıxır.
Bəs deyirdilər və Xəzər məhkəməsi təmsilçisi də deyir qadın hadisə yerindən qaçıb, 102-yə zəng vurmayıb qadın, bu video, səs nədir bəs hadisə yerindən çəkilən?! Çox da müəmmaya döndəriblər bu işi, bu işin istintaq araşdırması necə aparılıb, bu nə faktdır? Təəccüb qalırsan”.
Qeyd edək ki, izləyicilər bildiriblər ki, sözügedən səs Mujgan adlı tiktokerə məxsus olub. Qəza vaxtı "Arzum" və Müjgan eyni avtomobildə olub.
