Nazilə Səfərli qarşı tərəfə səsləndi: “Arzum”un ahı sizi tutacaq
Nazilə Səfərli tiktoker “Arzum”un tutulması ilə bağlı qarşı tərəfi sərt tənqid edib.O, qarşı tərəfin şikayətçi olmaqda davam etməsini qınayıb:
“O gözəgörünməz çox yaxında özünü sizə göstərəcək. Həmin gün uzaqda deyil. Onda səsinizi də çıxara bilməyəcəksiniz. İnsanlar deyəcək ki, "Arzum"un ahı sizi tutdu. O qızın günahı yox idi. Şikayətinizdən əl çəkmədiniz. Qarşı tərəfdən biri dünyasını dəyişdiyi üçün o qız tutuldu. Heç bir qanun pozuntusu da yox idi. Amma onu bağışlaya bilərdiniz. Bağışlamaq üçün ürək lazımdır. Amma sizdə o ürək yoxdur. İnad etdiniz ki, bir can gedibsə, bir can da həbsdə yatmalıdır. O göydəkini tezliklə görəcəksiniz”.
