Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - Fotolar
Tiktoker İlduzə Hacıyevanın (Arzum999) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar geniş müzakirə obyektinə çevrilib.Sənədlərə əsasən, Amal Məlikova 2021-ci ildə xuliqanlıq maddəsi ilə bağlı hökm oxunub. Qeyd edilib ki, Amal Məlikov başqa şəxslə birlikdə ictimai qaydanı pozmaqda, mübahisə və zor tətbiqi ilə bağlı hadisədə təqsirli bilinib.
Həmçinin mərhuma 2022-ci ildə narkotik vasitə ilə bağlı hökm oxunub. Sənəddə göstərilib ki, onun üzərindən 2.262 qram heroin aşkar olunub. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay azadlıqdan məhrum edilib, həmçinin narkomaniyadan məcburi müalicə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes”lə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Sözügedən sənədləri təqdim edirik:









