"Arzum" yenidən hakim qarşısına çıxarılacaq
Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib.Vəkilin bildirdiyinə görə, İlduzə Hacıyeva Xəzər Rayon Məhkəməsinin barəsində çıxardığı qərardan narazıdır.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı isə məhkəməyə xanım tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
"Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
