Natiq Cəfərlidən AQTA-ya sərt reaksiya: “Bu, sahibkarlığa əlavə məhdudiyyətdir”
İqtisadçı Natiq Cəfərli Facebook hesabında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi-nın heyvanların daşınması ilə bağlı qərarına dair açıqlamasını sərt tənqid edib.İqtisadçı qeyd edib ki, qəbul edilən qərar əksinə, sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaradır:
“Qərar məhz sahibkarlığa əlavə məhdudiyyətlər yaradır! Yaradır, qatığa niyə qara deyirsiniz ki?!”.
N.Cəfərli həmçinin heyvan xəstəliklərinə nəzarətin onların hansı nəqliyyat vasitəsində daşınması ilə əlaqəli olmadığını vurğulayıb.
Onun sözlərinə görə, heyvan xəstəliklərinə nəzarət onun hansı maşında daşınmasından asılı deyil:
“Xəstə heyvanı ‘Maserati’də daşıyanda sağalmır. Xəstəlik heyvandan-heyvana keçir, hansı maşında daşınmasından asılı olmayaraq belədir”.
İqtisadçı AQTA-nın açıqlamasında yer alan “heyvan rifahı” ifadəsini də tənqid edərək yazıb:
“AQTA, yəqin ki, bu sözün mənasını bilmir, yoxsa belə absurd ifadə işlətməzdi. Ay brat, aparıb kəsirlər e onları, nə rifah, nə beynəlxalq standartlar?! Bəlkə insanımızın rifahı haqqında düşünəsiniz?!”.

