Mirşahindən "televizora baxmıram" deyənlərə sərt sözlər: Ən ağır... - VİDEO

Mirşahindən "Media Masası" verilişinin ikinci buraxılışında "Real TV"nin baş direktoru Mirşahin Ağayev televiziya ilə bağlı səsləndirilən fikirlərə sərt reaksiya verib.

Yenilik.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, emosional çıxışı ilə diqqət çəkən Mirşahin Ağayev xüsusilə "televizora baxmıram" deyən şəxsləri sərt şəkildə tənqid edib.

O bildirib ki, belə ifadələri qəbul etmir:

"Mənim yanımda "televiziyaya baxmıram" deyənlərə ağır cavab verirəm. Necə yəni baxmıram? Mən onlara ən ağır sözlər deyirəm. Bu, mənim fəaliyyət zonama müdaxilədir", - Mirşahin Ağayev bildirib.

Verilişin həmin hissəsini təqdim edirik:

Geri qayıt