Əkrəm Həsənov: “Sosial şəbəkələrdə kart hesabını paylaşaraq yardım toplayanlar vəsaitə görə vergi ödəməlidirlər”

Əkrəm Həsənov: “Sosial şəbəkələrdə kart hesabını paylaşaraq yardım toplayanlar vəsaitə görə vergi ödəməlidirlər” Bankın sosial şəbəkələrdə kart hesabını paylaşaraq yardım toplayan şəxslərdən vəsaitin mənbəyini göstərmək kimi tələb irəli sürməyə ixtiyarı var. “Çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında” qanunvericilik çərçivəsində bank pulun mənbəyini soruşa bilər. Vətəndaş olan şeyi desin, məlumat versin ki, mənə pul buna görə gəlir”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
 
Ə.Həsənov qeyd edib ki, yardımın vergisi ödənməlidir: “Yəni bir nəfərdən ildə min manatdan çox yardım, yəni hədiyyə alırsansa, o da sənin ailə üzvün deyilsə, 14% vergi var və bunu ödəməlisən”.

Geri qayıt