"Nissan America"nın Məhsul və Planlaşdırma şöbəsinin rəhbəri Ponz Pandikutiranın sözlərinə görə, şirkət ABŞ bazarında sedan seqmentində əsas diqqəti bundan sonra "Sentra" modelinə yönəldəcək.
Bildirilir ki, 2019-cu ildə ABŞ-də 200 mindən çox satılan "Altima" modelinin satışları bu ilin ilk altı ayında təxminən 42 min ədədə qədər geriləyib.
İstehsalı dayandırılan digər model "Rogue Plug-In Hybrid" isə yerini yeni "Rogue e-Power" modelinə verəcək. Şirkət yeni krossoverin daha qənaətcil yanacaq sərfiyyatı və münasib qiymətlə alıcılara təqdim ediləcəyini bildirir.
Bununla yanaşı, "Nissan" gələcək planları çərçivəsində "Frontier" və "Xterra" modellərinin yenilənmiş versiyalarını bazara çıxarmağa hazırlaşır. Şirkət həmçinin "Nissan" və "Infiniti" markaları üçün daxiliyanma mühərrikli və hibrid versiyalara malik yeni üç cərgəli SUV modelləri üzərində də çalışır.Yeni Sabah
