Bayramovla Lavrovun görüşü başladı - FOTO

Bayramovla Lavrovun görüşü başladı - FOTO Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
Yenilik.az APA-ya istinadla xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.

Ceyhun Bayramov və Sergey Lavrov daha sonra geniş tərkibdə danışıqlar aparacaq.

Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.

Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.

Geri qayıt