Sumqayıtda işıqforlar "kor oldu"?
Sumqayıtda mikrorayonlardan birində yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub."İşıqforlar dünən axşamdan işləmir. Bu vəziyyət nəqliyyatın hərəkətində ciddi çətinlik yaradır və qəza riskini artırır", - deyə sakin bildirib.
Vətəndaşlar problemin qısa zamanda aradan qaldırılması üçün aidiyyəti qurumların tədbir görməsini xahiş edirlər.
