Azər Həsrət Qulu Məhərrəmlinin yazışmalarını paylaşdı - "Tüpürüm sənə də, sənin..."
Jurnalist Azər Həsrət media eksperti, professor Qulu Məhərrəmli ilə yazışmalarını ictimailəşdirib. Azər Həsrət bildirib ki, qarşı tərəfin həddi aşdığını düşündüyü üçün ona belə cavab yazıb: "Bu gün isə lap həddini aşınca belə bir cavab verməli oldum: "Çox əxlaqsız adamsan. Hətta küçə səviyyəsində. Ha çalışdım sənə nəzakətlə cavab verim, amma qanmadın. Daha da irəli getdin. Dediklərinin 10 qatını sənə qaytarıram!!! Haydı, di get indi!!!'"
Onun sözlərinə görə, Qulu Məhərrəmlidən isə belə cavab gəlib: "Tüpürüm sənə də, sənin o nəzakətinə və olmayan əxlaqına da.. Cəhənnəm ol!!!!!!" Azər Həsrət qeyd edib ki, paylaşımı yazmaqda məqsədi professorun ictimaiyyət qarşısında yaratdığı imiclə davranışının fərqli olduğunu göstərməkdir. O, həmçinin bildirib ki, məsələni məhkəməyə daşımaq fikrində deyil. Azər Həsrətin paylaşımında səsləndirilən iddialarla bağlı Qulu Məhərrəmli hələlik açıqlama verməyib.\SAVASHMEDİA.az
