Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina – FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin keçmiş sədri Saleh Məmmədov Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırır.O qeyd edib ki, Saleh Məmmədov Almaniyada şəriklik əsasında iki yaşayış binası tikdirir:
“Layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. Tikinti layihəsinin rəsmi planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, bir qədər əvvəl S.Məmmədovun Almaniyada 24 hektar torpaq sahəsi aldığı iddia edilmişdi.(Globalinfo.az)

