Kəmaləddin Heydərovun deputat dostu namizədliyini geri götürdü

Kəmaləddin Heydərovun deputat dostu namizədliyini geri götürdü 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.[banner_yaziortasi]{banner_yaziortasi}[/banner_yaziortasi]
Unikal.org-un əldə etdiyi məlumatına görə, Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə müraciət edib.

DSK-dan xəbəri Unikal.org-a təsdiqləyiblər.

Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Qeyd edək ki, Hacı Salayev Fövqalədə Hallar Naziri Kəmaləddin Heydərovun yaxın dostudur.
Geri qayıt