Yenilik.Az
www.Yenilik.Az » Dünya » PAŞİNYAN QAPILARI BAKIYA AÇIB – DÜNYA MEDIASINDAN QAYNAR XƏBƏRLƏR TİA.AZ-DA…

PAŞİNYAN QAPILARI BAKIYA AÇIB – DÜNYA MEDIASINDAN QAYNAR XƏBƏRLƏR TİA.AZ-DA…

PAŞİNYAN QAPILARI BAKIYA AÇIB – DÜNYA MEDIASINDAN QAYNAR XƏBƏRLƏR TİA.AZ-DA…
2021-10-11 , 18:32

Həftəsonu dünya mediasından ən önəmli xəbərləri və açıqlamaları təqdim edirik. TİA.Az xəbər verir ki, erməni jurnalist Samvel Ohanesyan (Armenpress) bölgədəki vəziyyət barədə yazıb. Sitat: “Paşinyan Azərbaycan üçün bütün qapıları açıb. Quru, su, nəhayət hava yolunu. Sevinin, əziz ermənilər. Başınızı göyə qaldırıb baxanda, uşaqlarınız Azərbaycan təyyarəsini görəcək. Üzərində “Ağdam”, “Şuşa”, “Füzuli” yazılmış təyyarələri. Onlar təyyarədəki tualetin artıqlarını bundan sonra öz ölkələrinin ərazisinə deyil, məhz bizim başımıza boşaldacaqlar. Həmin təyyarədəki Azərbaycanlılar İrəvanın üzərindən uçarkən isə öz aralarında deyəcəklər: “Burada yaşayan xalq LOXdur”. Təbii ki, haqsız deyillər. Əgər biz bu biabırçılığı qəbul ediriksə, deməli, onlar haqlıdırlar. Sevinin, əziz ermənilər”.

Romella Mnaçsakanyan (ArmenianReport): “Azərbaycan Qarabağda dinc əhalini də hədəfə alır. Onların bizim xalqa qarşı dözümsüzlüyü var. Onlarla çiyin-çiyinə yaşamağımız imkansızdır. Onlar bizim tam süqutumuzu istəyirlər. Azərbaycan açıq şəkildə bəyan edir ki, Xankəndi onundur. Və onu da bəyan edir ki, rus sülhməramlıları bölgəni tərk edən kimi, Xankəndiyə hücum edib, oranı götürəcəklər.
Bax, beləcə, Azərbaycan Qarabağda sülhə hazırlaşır. Əllərində snayper tüfəngi, birbaşa ürəyimizi nişan almış vəziyyətdə. Onların hədəfi erməni xalqını bütünlüklə məhv etməkdir”.
“Milliyet”: “Çin bu gün Tayvandakı ABŞ ordusunun komandanlığına müraciət edib. Onlardan ərazini tərk etmələrini tələb edib. Əks təqdirdə, hər an hücum edəcəklərini bildiriblər. “Bu ABŞ ordusuna ağılasığımaz itkilər bahasına başa gələ bilər”.
Bu əsnada, ötən gün Çinin rəhbəri Xi Jinping bəyan edib ki, Tayvan onların ərazisidir və tezliklə həmin torpaqlar ölkəyə birləşdiriləcək”.
“Milliyet”: “Türkiyə və Azərbaycandan göz dağı” başlıqlı məqalədə Naxçıvanda keçirilən “Sarsılmaz Qardaşlıq-2021” hərbi təlimlərdən bəhs olunur. Qəzet yazır ki, bölgələrin işğaldan qurtarılması məqsədi ilə keçirilən təlimlər uğurla yekunlaşıb. Və bu təlimlər düşmənə göz dağı verib”.
RİA Novosti: “Bu gün Tatarıstan ərazisində Rusiya Müdafiə Nazirliyinin L-410 markalı təyyarəsi sərt eniş edib, nəticədə qəza baş verib. Belə ki, qəza nəticəsində təyyarədə olan paraşütçülərin 16 nəfəri həlak olub. Ümumilikdə isə təyyarədə 22 nəfər olub. Onların 6-si xəstəxanaya çatdırılıb. Durumlarının ağır olduğu bildirilir”.
“Sputnik İran”: “Türkiyənin İran yük maşınlarının sərhəddən buraxılmaması və sərhəddi bağlaması barədə xəbər təsdiqlənmir. Türkiyə-İran Ticarət İnkişaf Dərnəyinin rəhbəri Özvan Alaş deyib ki, onun fikirləri jurnalist tərəfindən təhrif olunub”.
“Mehr” Xəbər Agentliyi: “İran parlamentinin deputatı Əhməd Əlirza Beyigi deyib ki, əgər İran Azərbaycan hökumətinin hərəkətlərinə ciddi reaksiya vermirsə, bu, Azərbaycan xalqına şəfqətdən irəli gəlir. O, bu yanaşmanı İranın hərəkətə keçə bilməyəcəyi anlamı daşımadığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan xarici qüvvələrə (İsraili nəzərdə tutaraq) güvənməklə özünə yaratmaq istədiyi təhlükəsizlik şəridi dayanıqlı olmayacaq. Əksinə, bunun çox ağır bədəlini ödəyəcək.
Beyigi daha sonra qeyd edib ki, İran Azərbaycan xalqını İran millətinin bir parçası hesab edir. O iddia edib ki, Azərbaycan Çar Rusiyasının işğalı nəticəsində İrandan qoparılıb”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.