Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin nəvələri üçün Yeni il hədiyyələrini özü seçdiyini bildirdi

Putin nəvələri üçün Yeni il hədiyyələrini özü seçdiyini bildirdi

Putin nəvələri üçün Yeni il hədiyyələrini özü seçdiyini bildirdi
2021-12-26 , 17:09

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, alış-verişə getməsə də, nəvələri üçün Yeni il hədiyyələrini özü seçməyə çalışır.

Sfera.az xəbər verir ki, dövlət başçısı həyatının bu təfərrüatlarını "Rossiya-1” telekanalında, "Moskva. Kreml. Putin” proqramında açıqlayıb. Jurnalist Pavel Zarubin prezidentdən Yeni ili və bayramları ailəsi ilə keçirə biləcəyini, nəvələri üçün hədiyyələri müstəqil seçib-seçmədiyini soruşub.
"Qismən hə. Amma təəssüf ki, alış-verişə getmirəm. Lakin indi başqa yollarla nəyisə seçmək imkanı var və mən bunu özüm etməyə çalışıram və ümid edirəm ki, bu, onların xoşuna gələcək", - Putin əlavə edib. (Report)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.