Yenilik.Az
www.Yenilik.Az » Dünya » İnsana donuz ürəyi köçürüldü

İnsana donuz ürəyi köçürüldü

İnsana donuz ürəyi köçürüldü
2022-01-11 , 14:31

ABŞ-da insana geni dəyişdirilmiş donuz ürəyi köçürülüb.


Bu, donuz ürəyinin insana ilk uğurlu transplantasiyasıdır.

Əməliyyat yanvarın 7-də 57 yaşlı Daeid Bennett üzərində aparılıb. 8 saat davam edən əməliyyatın ardından donuz ürəyi xəstəyə köçürülüb.

Merilend Universiteti Tibb Mərkəzinin həkimlərinə görə, Devid hələ də ürək-ağciyər aparatına bağlıdır və onun bədəni ən təhlükəli 48 saat ərzində donor ürəyi rədd etməyib. Bununla yanaşı artıq yeni ürək öz funksiyasının çoxunu yerinə yetirir.

Qeyd edək ki, təhlükəli ürək xəstəliyindən əziyyət çəkən Devid üçün bu orqan transplantasiyası son şans olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.