Yenilik.Az
www.Yenilik.Az » Dünya » Elman Məmmədov: “Nüvə silahından istifadə dünyanın sonu deməkdir”

Elman Məmmədov: “Nüvə silahından istifadə dünyanın sonu deməkdir”

Elman Məmmədov: “Nüvə silahından istifadə dünyanın sonu deməkdir”
2022-03-01 , 13:55

“Müharibə gedişində nüvə silahından istifadə son məqamdır və hesab edirəm ki, Rusiya nüvə silahından istifadə etməyəcək. Nüvə silahına malik ölkə təkcə Rusiya deyil. Rusiyanın ətrafında nüvə silahına malik ölkə çoxdur. Onu da qeyd etmək lazımdır ki, bir-ikisini çıxmaq şərti ilə həmin ölkələrin hər biri Rusiya-Ukrayna müharibəsində Rusiyaya qarşıdır”.

 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
 
Deputat qeyd edib ki, Rusiya son variant kimi nüvə silahından istifadə ilə bağlı göstəriş versə də, bu, əsasən qarşı tərəfi qorxutmaq vasitəsidir: “Rusiyanın nüvə silahından istifadəsi real görünmür, çünki bu, dünyanın sonu deməkdir. Rusiya nüvə silahından istifadə edərsə, digər nüvə dövlətləri də bundan Rusiya əleyhinə istifadə edə bilər. Belə olan halda, Üçüncü Dünya müharibəsi qaçılmazdır. Zənnimcə, bu, baş verməyəcək, çünki inandırıcı deyil”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.