Bayraktar 100-ə yaxın tankı və 20 “Qrad”ı sıradan çıxartdı - VİDEO

Sumı bölgəsində fəaliyyətə başlayan "Bayraktar" rus texnikasının kalonuna dəqiq zərbə endirməsi nəticəsində texnikanı və yüzlərlə bölməni sıradan çıxarıb.
“Bölgəmizdə ilk "Bayraktar" peyda olub, o, artıq Rusiya texnikasının kolonlarına məqsədyönlü zərbə endirib, yüzlərlə bölmə məhv edilib. İlk belə nümunə 100-ə yaxın tankın, 20-yə yaxın "Qrad"ın, yanacaq daşıyan maşınların və zirehli texnikanın məhv edilməsi idi.
Bölgəmizdə daha bir neçə Bayraktar gözləyirik, biz də əsgərlərimiz üçün qoruyucu olan Avropadan gələcək silahları, xüsusən də rabitə vasitələrini və termal görüntülər istəyirik”, - Jivitski bildirib.
“Ukrinform”un xəbərinə görə, Rusiya qoşunları əsas infrastrukturu atəşə tutur və məhv edir, raketlərlə yaşayış binalarını vurur.
OXŞAR XƏBƏRLƏR