Yenilik.Az
www.Yenilik.Az » Dünya » Kadırov Ukraynada amansız savaş istəyir: "İstənilən əmrə hazırıq, istənilən!"

Kadırov Ukraynada amansız savaş istəyir: "İstənilən əmrə hazırıq, istənilən!"

Kadırov Ukraynada amansız savaş istəyir:
2022-03-01 , 16:33

Çeçenistan Prezidenti Ramzan Kadırov Ukrayna vətəndaşlarına müraciət edib.

R.Kadırovun sosial şəbəkələrdəki profillərində paylaşılmış müraciətdə o, Ukraynada döyüşən çeçenlər, daha doğrusu, Rusiya Milli Qvardiyasının çeçen döyüşçüləri arasında itkilərin olduğunu etiraf edib.
"Ukraynalılar! İndi ölkənizin rəhbərliyində vətəndaşlarını düşünən, onların həyatını yaxşılaşdırmaq istəyənlər yoxdur. Vətənpərvərlər, müdafiəçilər yoxdur. Olanlar banleraçılar, millətçilər, terrorçulardır. Onlar bəşəri və milli ideallar uğrunda mübarizə apardıqlarını deyərək iki xalqı, iki dövləti bir-birindən ayırırlar. Zelenski dünya ilə əlaqəsini itirib. Özü də indi yox, çoxdan. O, idarə etmirdi, onu idarə edirdilər. Ona inam itib, çünki bir düşünülmüş və dürüst addım atmayıb. O, indiyədək ukraynalıları 1990-cı il hadisələrindən çeçenlərə yaxşı məlum olan cığırla aparıb. Qərblə belə saxta inteqrasiya siyasəti yalnız əcnəbi dövlətlərin maraqlarının təminatından ibarətdir", - Kadırovun müraciətində deyilir.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin istənilən rusiyalı təki, qardaş Ukrayna xalqı arasında tələfat və itkilər istəmir: "Putin istəyir ki, ukraynalılar Qərbdəki "tərəfdaş"ların istəklərindən asılı olmasınlar, talelərini özləri müəyyənləşdirmək imkanına malik olsunlar".
"Çağdaş informasiya və çöl savaşlarını görmüş insan, hərbi ekspert kimi sizdən xahiş edirəm - ukraynalılar, Avropa təbliğatının tərəfdarlarını bir tərəfə ataraq ölkənizin sahibi olun. Yalnız bu halda sonrakı insan tələfatının qarşısını ala bilərik. Yeri gəlmişkən, tələfat barədə. Çeçenistan Respublikasının sakinləri arasında əfsuslar olsun ki, itkilər var. İki nəfər həlak olub, 6 nəfər yaralanıb.
Uşaqlarımız istənilən əmri yerinə yetirməyə hazırdır! İstənilən! Hesab edirəm ki, yeni əmr lazımdır. Çəkinmədən. Artıq nasistlərlə terrorçuların məhv edilməsi üzrə genişmiqyaslı əməliyyatlara keçərək şəhərləri azad etməliyik. Bu mübarizədə Ukraynanın Silahlı Qüvvələrinin Rusiya qoşunları ilə çiyin-çiyinə olmağa tam haqqı var. Rusiyalı hərbçilər buna hazırdır, buna ancaq sevinərlər. Gəlin, Ukraynanı satqınlardan və banditlərdən birlikdə azad edək!", - Ramzan Kadırov bildirib./Milli.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.