Xersonun mərkəzində rus qoşunları ilə döyüş gedir - VİDEO

Rusiyanın bu səhər tam nəzarəti ələ keçirdiyini iddia etdiyi Ukraynanın cənubundakı liman şəhəri Xersonla bağlı fərqli iddialar var.
Lakin “youtube”da yerləşdirilən kadrlarda artıq Xersonun mərkəzində rus qoşunlarının döyüşdüyü əks olunub. Kadrlarda həmçinin tankın da şəhər mərkəzindəki döyüşlərdə istifadə olunduğu görünür.
BBC müstəqil olaraq görüntülərin Xersonun mərkəzində lentə alınmasını təsdiqləyib.