Yenilik.Az
www.Yenilik.Az » Dünya » Rusiya və Ukrayna arasındakı növbəti danışıqların vaxtı açıqlandı

Rusiya və Ukrayna arasındakı növbəti danışıqların vaxtı açıqlandı

Rusiya və Ukrayna arasındakı növbəti danışıqların vaxtı açıqlandı
2022-03-02 , 15:57

“Ukrayna və Rusiya arasında danışıqların ikinci raundu martın 2-də axşam keçiriləcək”.

Bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç brifinqdə deyib.
Qeyd edək ki, bu gün Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da məsələ ilə bağlı açıqlama verib.
“Bu gün günortadan sonra nümayəndə heyətimiz yerindəcə ukraynalı həmkarlarını gözləyəcək. Nümayəndə heyətimiz bu axşam söhbəti davam etdirməyə hazır olacaq. Qalan hər şey mübahisəlidir”, - Peskov bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.