UEFA rusiyalı hakimləri də avrokuboklardan uzaqlaşdırdı

UEFA nümayəndələri avrokubok oyunlarına rusiyalı hakimləri hələ ki, təyin etməmək qərarına gəlib. Yenisabah.az xəbər verir ki, bu barədə "R-Sport" məlumat yayıb. Məlumatda yazılıb ki, sanksiyalar hələ avrokubok oyunlarına təyinat almayan rusiyalı hakimlərə də təsir edib. UEFA qeyd edib ki, indi Rusiyadan olan hakimlərin xaricə getməsi çox çətin olacaq.