Zelenski Odessa və Çerkassıya yeni rəhbərlər təyin etdi

Ukrayna prezidenti Vladimir Zelenski Maksim Marçenkonu Odessa Vilayət Dövlət Administrasiyasının sədri təyin edib.
Marçenko 2014-cü ildə rus işğalçılarının işğalından sonra Ukraynanın şərqindəki döyüşlərdə iştirak etməklə tanınır.
Həmçinin bildirilir ki, prezidentin digər fərmanı ilə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Sergey Qrinvetskini tutduğu vəzifədən azad edib.
Eyni zamanda, Zelenski İqor Taburtsu Çerkassı Regional Dövlət Administrasiyasının sədri təyin edib.
Qeyd edək ki, İqor Taburets general-mayor rütbəsinə malik peşəkar hərbçidir.