Yenilik.Az
www.Yenilik.Az » Dünya » Çexiyada ukraynalılara görə fövqəladə vəziyyət elan edildi

Çexiyada ukraynalılara görə fövqəladə vəziyyət elan edildi

Çexiyada ukraynalılara görə fövqəladə vəziyyət elan edildi
2022-03-04 , 16:21

Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar nəticəsində yaranan miqrasiya böhranı ilə əlaqədar martın 4-də Çexiyada fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Çexiyanın hökumət saytı məlumat yayıb.
Bildirilib ki, bu, hökumətə, regionlara, bələdiyyələrə və digər qurumlara Ukraynadan olan qaçqınlara yardımı daha çevik və səmərəli şəkildə əlaqələndirmək və layiqli həyat şəraitini təmin etmək məqsədilə edilir.
“Biz nəinki Çexiya vətəndaşları üçün, Ukraynalı hərbi qaçqınlar və onlara birbaşa qayğı göstərənlər üçün fövqəladə vəziyyət elan edirik”, - Baş nazir Petr Fiala izah edib.
Çexiyanın “Seznam Zpravı” nəşri yazır ki, fövqəladə vəziyyət elan edilməsinə səbəb qaçqınların sayının çoxluğudur. Ölkənin Daxili İşlər Nazirliyin cəmi beş minə yaxın qaçqın gözləyirdisə, indi hər gün bu qədər qaçqın gəlir.
Qeyd edilir ki, fövqəladə vəziyyət 30 gün davam edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.