Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Partizanlar rusların qanını su yerinə axıdacaq“ - Pol Qobl

“Partizanlar rusların qanını su yerinə axıdacaq“ - Pol Qobl

“Partizanlar rusların qanını su yerinə axıdacaq“ - Pol Qobl
2022-03-04 , 16:49

“Rusiya Ukraynanı hərbi yolla işğal edə bilər, amma heç vaxt onu məğlub edə bilməyəcək”.

Bu sözləri Yenisabah.az- açıqlamasında amerikalı mütəxəssis, siyasi şərhçi Pol Qobl deyib.
O, Rusiya-Ukrayna müharibəsi fonunda baş verən hadisələri belə şərh edib:
“Partizanlar rusların qanını su yerinə axıdacaq və çürümə bütün Rsuiyaya yayılacaq. Putin belə etməklə, öz ölkəsini xarabalığa çevirdi.
Hesab edirəm ki, Putin uzun müddət mübarizə apara bilər və aparacaq. Çünki o, öz xalqı ilə maraqlanmır və müharibəyə xərcləyəcək böyük vəsaiti var. Biz başa salmalıyıq ki, o, axırda əziyyət çəkəcək, amma rus xalqı ona qarşı qalxmasa, daha çox əziyyət çəkəcək”.
“Mənim qorxum odur ki, Putin NATO ölkəsinə hücum etməsə, Qərb bir az daha fərqli hərbi addım atacaq. Ukrayna xalqı təkcə özü üçün deyil, bizim üçün də vuruşur və ölür. Putin kimi faşist diktatorları əvvəlcə dayandırmaq çətindir, lakin təbiəti onları sona yaxınlaşan hərəkətlərə sövq edir. Eşq olsun Ukraynaya!”, - deyə o fikirlərini yekunlaşdırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.