Yenilik.Az
www.Yenilik.Az » Dünya » Kadırov Zelenskiyə məsləhət verdi

Kadırov Zelenskiyə məsləhət verdi

Kadırov Zelenskiyə məsləhət verdi
2022-03-06 , 17:06

Çeçenistan Prezidenti Ramzan Kadırov Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin ölkədən qaçdığını və gizləndiyini iddia edir.

 
O, sosial şəbəkələrdəki akkauntlarında V.Zelenskiyə ünvanlanmış müraciətini paylaşıb. Ukrayna prezidentinin adının "Vladimir" kimi göstərildiyi müüraciətdə V.Kadırov Zelenskidən "qayıtmağı" istəyir.
 
Müraciətdə deyilir: "Vladimir, qayıdın! Hara getdi vətəpnərvərlik, qətiyyət, alovlu nitqlər? Mən əvvəlcədən bilirdim ki, qaçacaqsınız. Pis oyunda olsa belə, xalq qarşısında yaxşı simada qalmaq olardı. Amma bir aktyor kimi xüsusi istedadınızla da seçilmədiniz.
 
Qayıdın! Olmaya Saakaşvilinin yolunu seçib qorxudan qalstuku çeynəyərək daim qaçmağı seçəcəksiniz? Heç də yaxşı variant deyil, razılaşın...
 
Sizə Prezident kimi müraciət etmirəm. Qanunla Ukraynada dövlət başçısı hələ də Viktor Yanukoviçdir. Bax ona, qanuni prezidentə hakimiyyəti verin, Allaha yalvarın və taleyə bel bağlayın. Bəlkə onda günahınızın qismən də olsa, bağışlanması şansı qalar".
 
Milli.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.