Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Anonymous” Rusiya kanallarını sındırıb müharibə kadrları yayımladı

“Anonymous” Rusiya kanallarını sındırıb müharibə kadrları yayımladı

“Anonymous” Rusiya kanallarını sındırıb müharibə kadrları yayımladı
2022-03-07 , 14:50

Beynəlxalq xaker qrupu “Anonymous” Rusiyanın dövlət televiziya kanallarını sındıraraq Ukraynadakı müharibənin videolarını yayımlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Anonymous” sosial şəbəkə hesabında paylaşım edib.
““Anonymous” haker komandası bu gün Rusiyanın “Wink” və “Ivi” yayım xidmətlərini, canlı yayımlanan “Rossiya 24”, “Birinci Kanal”, “Moskva 24” telekanallarını Ukraynadan müharibə görüntülərini yayımlamaq üçün sındırıb”, - paylaşımda bildirilib.
Anonymous həmçinin Fransada Russia Today (RT) kanalının sındırıldığını da açıqlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.