Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ermənistanın xəyanəti Putinin masasında - Rusiya bunu İrəvana bağışlamaz

Ermənistanın xəyanəti Putinin masasında - Rusiya bunu İrəvana bağışlamaz

Ermənistanın xəyanəti Putinin masasında - Rusiya bunu İrəvana bağışlamaz
2022-03-09 , 20:29

Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, əslində uzun illər Azərbaycan-Ermənistan "Dağlıq Qarabağ" münaqişəsinin həlli missiyasını yerinə yetirmək məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın fikirlərinin, qərarlarının, istəklərinin üst-üstə düşdüyü, ortaq məxrəcə gəldikləri yeganə məsələ elə məhz Azərbaycanın adı ilə bağlı imiş.

Qarabağ probleminin, Azərbaycan torpaqlarının işğlalı faktının 30 il Minsk Qrupunun vasitəçiliyi çərçivəsində həllini tapmaması bunu təsdiq edən ən böyük faktdır. Uzun illər ərzində üzərlərinə düşən missiyanı yerinə yetirmək əvəzinə Azərbaycanın işğal altında olan torpaqlara səfər edərək orada qarınlarını və ciblərini dolduraraq bölgəyə növbəti səfərə kimi işğal faktının aradan qaldırılması istiqamətində daşı-daş üstə qoymayan Minsk Qrupunun bu mehriban-düşmənlərinin arası Ukraynadakı savaşla ciddi şəkildə gərildi. Hətta vəziyyət o dərəcəyə çatdı ki, Fransa hər vasitə ilə Rusiyanı Ukrayna cəbhəsində ciddi yaralamaq, zəiflətmək üçün böyük səy göstərən tərəf kimi diqqət mərkəzinə düşdü. Fransa bununla Rusiyanın gücünün diqtə etdiyi ərazilərdə, bölgələrdə mövcud olub əsas söz sahibi kimi dominant tərəfə çevrilərək rəsmi Moskvanı oyundan kənarlaşdırmaq məqsədi güdür. 

Bunun təsdiqi olaraq Emanuel Makronun son açıqlamasına nəzər yetirmək kifayətdir. Makron "Rusiya- Ukrayna müharibəsi Avropanın yeni erasının başlanğıcıdır" deməklə, əslində Ruisya erasının bitməyə doğru getdiyini, daşların yerini dəyişəcəyini, yeni dünya düzəninin formalaşdığını qeyd etmək istəyir. Təbii ki, quyruğu qapı arasında qalanda, işi düşəndə müttəfiqi olan Rusiyanı iqtisadi, hərbi güc olaraq siyahıdan silməyə tələsən Fransanın əlinə oynamağın bir adı var:
Ağaya xəyanət!
Ukrayna-Rusiya müharibəsi dünyada dəngələrin dəyişməsi istiqamətində olduqca kritik hadisə kimi tarixə düşə bilər. Belə ki, bu müharibənin necə yekunlaşacağından, nəticəsindən asılı olmayaraq yarartdığı gərginlik fonunda çoxqütblülük, iqtisadi qloballaşma, dünya nizamındakı proseslər və hadisələrdə dəyişikliklər artıq indidən özünü tam çılpaqlığı ilə göstərməyə başlayıb. Dövlətlər arasında qarşılıqlı əlaqə və asılılıqlar artdığı bir vaxtda, dünyada gücün yenidən bölüşdürülməsi tendensiyası dayanmadan güclənir ki, bu gün apardığı savaşa görə az qala hər kəsin qınaq obyektinə, sanksiyalarının əsas hədəfinə çevrilən Rusiya müttəfiqlərinin yenidən bəlirlənməsi istiqamətində ciddi sınaq qarşısındadır. Bu nöqteyi nəzərdən uzun illər Ermənistanı öz qanadları arasında saxlayan, onu başqa bir dövlətin köləsi, buyruqçusu olmağa imkan verməyən Rusiya görünür elə ən böyük xəyanəti də yenə rəsmi İrəvandan aldı. 

Rusiyanın Ukraynada hərbi əməliyyatları ilə əlaqədar düşdüyü mürəkkəb vəziyyətdən Ermənistanın öz maraqları üçün istifadə etməsi bu dəfə də diqqətdən yayınmadı. Erməni baş nazirin, iki daşın arasında Fransaya səfərinə bundan başqa ad vermək olmur. Paşinyan Makronla görüş üçün artıq Parisə yola düşüb. Bu vurhavurda heç şübhəsiz ki, Paşinyanın əsas məqsədi Rusiyanın Ukrayna cəbhəsində xeyli qan itirməyindən, başının qarışmağından, dünya dövlətlərinin tətbiq etdiyi ardı-arası kəsilməyən sankasiyalar nəticəsində qüvvəsinin azalmasından istifadə edərək çoxdankı arzusunu reallaşdırmaq məqsədi güdür. Görünür rəsmi İrəvan Qərbə üz tutmaq, özünə orada yeni sığınacaq tapmaq üçün bundan yaxşı fürsətin düşməyəcəyini fikirlərşir. 
Əslində bu addım Paşinyanın Rusiyaya qarşı ilk belə addımı deyil. Biraz keçmişə nəzər salsaq görərik ki, Ermənistanın Rusiyaya xəyanət siyasəti əslində ilk nümunə deyil. Xüsusən də 44 günlük müharibənin gedişində Ermənistan hərbi-siyasi rəhbərliyi Rusiyanı Azərbaycanla savaşa qoşmaq, tərəflərindən iştirak etmələri üçün rəsmi Moskvaya və KTMT-yə etdiyi ardıcıl müraciətlərinin nəticə verməməsinin qisasını yenə Fransa və digər Qərb dairələrinə sığınmaqda axtarsa da, Rusiya Ermənistana əsl ağasının kim olduğunu anında verdiyi qulaqburma ilə göstərdi. Görünür Paşinyan hakimiyyətinin təkcə dərs çıxarmadığı Azərbaycanla 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyət deyil. 

Əvvəllər də Qərbə sığınmaq və Rusiyaya arxadan zərbə vurmaq cəhdi üçün fürsət arayan Ermənistan görünür indi bu zamanın yetişdiyi qənaətindədir. Belə olmasaydı bu yeni proseslər məngənəsində Rusiyanın ən əsas rəqiblərindən olan Fransaya təcili səfər planı arxa plana atıla bilərdi. Lakin görünür Paşinyan fikrində qətidir. O, bu həmləsi ilə həm Cənubi Qafqazda Rusiya varlığını Fransa amili ilə əvəz etməyin zamanının yetişdiyini düşünür, həm də ölkəsinin NATO-ya üzv olması yolunda Rusiyanın büdrəməsini Ermənistan üçün açılan yol hesab edir. Lakin Paşinyan bu dəfə də yarımçıq düşüncəsi ilə diqqət çəkir. Erməni baş nazir və komandası unudur ki, Cənubi Qafqazda günü-gündən güclənən bir Azərbaycan amili var və rəsmi Bakının razılığı olmadan heç bir qüvvə onun ərazisinə daxil ola bilməz. Bu məsələni aktuallaşdıran Şuşa Bəyannaməsinin də artıq ratifikasiya edildiyini nəzərə alsaq, o zaman Fransanın bu riskə gedərək axmaq görünmək istəyəcəyi də inandırıcı deyil. 
Amma sən saydığını say, gör rəsmi Moskva nə düşünür?! Ermənistanın "Qrapark" nəşrində yayılan məlumatlar da Rusiyanın rəsmi İrəvanın ikili oyun oynadığından duyuq düşdüyündən yazıb. 
Nəşr qeyd edib ki, Rusiya Ermənistanın anti-Rusiya davranışından narahatdır və hesab edir ki, respublikanın hakimiyyəti gizli şəkildə Avropa və ABŞ "xod" axtarmaqda davam edir: "Bizdə olan məlumata görə, Rusiyanın güc strukturları hakimiyyət nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı özünü necə ifadə etdiyini başa düşmək üçün erməni mediasını fəal şəkildə izləyir. Dövlət mediasının məzmununa da eyni qaydada nəzarət edilir".

Hiss olunur ki, Rusiya artıq Paşinyanın ikili oyunlarına dözmək fikrində deyil. Əgər Rusiyanın rəsmi İrəvandan sədaqət və müttəfiqlik sübutunu tələb etməsi Moskva üçün arzuolunmaz nəticələnərsə, o zaman gələcək Ermənistan üçün heçnə yaxşı vəd etmir. 
Rusiya-Ukrayna müharibəsi fonunda Moskva ilə Parisin gərginləşən münasinbətləri hələ günlər öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafındakı vəziyyətlə bağlı fransalı siyasətçilərin bəyanatların şərh edərkən etdiyi açıqlamada açıq sezildi. Rusiya XİN rəhbərinin yerli və xarici mediaya müsahibəsində "Xoruz fransalıların belə desək, milli simvoludur. Buna görə də, onlar çox tez-tez xoruzlanırlar", - ifadəsi Fransa ilə Rusiya arasında gərginliyin episentirinin nə qədər böyük olduğndan xəbər verirdi. Amma görünür fürsətcil İrəvan ayının caynağından xilas olmaq üçün yalnız sirkin uyğun olduğunu unudub. Hazırki dünya isə cəngəlliyi xatırladır, burada yalnız güclülər qalib gəlir.
Milli.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.