Yenilik.Az
www.Yenilik.Az » Dünya » Böyük Britaniya Ukraynaya 6 min vahid silah göndərəcək

Böyük Britaniya Ukraynaya 6 min vahid silah göndərəcək

Böyük Britaniya Ukraynaya  6 min vahid silah göndərəcək
2022-03-24 , 12:21

Böyük Britaniya Ukraynaya daha 6 min vahid silah göndərmək istəyir.


Bu barədə Avropa İttifaqı, G7 və NATO-nun martın 24-25-də Brüsseldə keçiriləcək sammitləri ərəfəsində baş nazir Boris Consonun ofisinin yaydığı məlumatda deyilir.

Ofisdə qeyd edilib ki, səfər zamanı hökumət başçısı Kiyevə yeni hərbi yardım paketini, o cümlədən tank əleyhinə raketlər də daxil olmaqla daha altı min raketin göndərilməsini elan edəcək. Böyük Britaniya artıq Ukraynaya 4000-dən çox "Javelin” və NLAW tank əleyhinə raket kompleksləri göndərib.

"Böyük Britaniya müttəfiqləri ilə birlikdə Ukraynaya hərbi və iqtisadi dəstəyi artıracaq”, - deyə sənəddə bildiririlib.

London bundan əlavə, Ukrayna hərbçilərinə maaşların ödənilməsi üçün Krallığın Xarici İşlər Nazirliyinin münaqişə zonalarında sabitliyi və təhlükəsizliyi təmin etmək məqsədi ilə xüsusi fondundan 25 milyon funt-sterlinq ayırmaq niyyətindədir. BBC Yayım Korporasiyasının dünya xidməti Rusiya və Ukraynada "dezinformasiya”ya qarşı mübarizə üçün daha 4,1 milyon funt-sterlinq alacaq. Böyük Britaniyanın Ukraynadakı hərbi əməliyyatları araşdırmağa başlayan Beynəlxalq Cinayət Məhkəməsinin maliyyələşdirilməsinə 1 milyon funt-sterlinq ayıracağı da nəzərdə tutulur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.