Yenilik.Az
www.Yenilik.Az » Dünya » Kadırovun dəbdəbəli villası tapıldı - FOTOLAR

Kadırovun dəbdəbəli villası tapıldı - FOTOLAR

Kadırovun dəbdəbəli villası tapıldı - FOTOLAR
2022-03-30 , 15:18

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra adı tez-tez gündəmə gələn  Çeçenistan rəhbəri Ramzan Kadırovun dəbdəbəli villası tapılıb.

Yenilik.az “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, Kadırovun villasını araşdırmaçı jurnalistlər Dubayda (BƏƏ) aşkara çıxarıblar.
Nəşr qeyd edir ki, təkcə 2021-2022-ci illərdə Kadırov Birləşmiş Ərəb Əmirliklərinə 14 dəfə səfər edib.
O, bu səfərləri təxminən 80 milyon dollar dəyərində olan dəbdəbəli şəxsi təyyarəsi (Airbus A319) ilə edib. Həmin təyyarənin Kadırovun ixtiyarına 2013-cü ildən verildiyi bildirilir
Jurnalistlər qeyd edirlər ki, Kadırovun villası Dubayın məşhur Jumeirah otelinin olduğu ərazidədir. Orada ən ucuz otel nömrəsinin bir gecəlik qiyməti 700 dollardır.
“Ukrainska Pravda” mənbələrinin məlumatına görə, Ramzan Kadırovun villalarından biri bu otelin ərazisində yerləşir.
“Ukrainska pravda”nın həmsöhbətlərinin dediyinə görə, yaxınlıqda yerləşən kiçik villada Kadırovun 3-4 çeçen mühafizəçisi daimi yaşayır.
Nəşrin yazdığına görə, Kadırovun villasına onun rəsmi müşaviri və Çeçenistan rəhbərinin ərəb və müsəlman ölkələrindəki nümayəndəsi Turko Daudov nəzarət edir. Daudovun İnstaqram səhifəsində çoxlu fotolar var, o cümlədən 2021-ci ildə Dubayda eyni villanın yaxınlığında Kadırovun oğlu Adamla birlikdə.Modern.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.